Şəkidə təbii fəlakət: FHN-in canlı qüvvəsi əraziyə cəlb olundu 

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə təbii fəlakət: FHN-in canlı qüvvəsi əraziyə cəlb olundu 

Rəsmi

23 İyul 2020 10:01 1937


Şəkidə güclü yağış fəsadlar törədib.

“Yeni Sabah” xəbər verir ki, Şəki Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, dünən axşam saatlarında rayon ərazisində güclü yağış və ildırım olub:

"Hadisə nəticəsində şəhər ərazisində qaz xəttini ildırım vurub, xətdə yanğın olub. Yanğının qarşısı alınıb. Leysan yağışları nəticəsində rayonun elektrik enerji təsərrüfatına da ziyan dəyib. Nəticədə bəzi ərazilərə elektrik enerjisinin verilişi dayandırılıb. Artıq problemin aradan qaldırılması istiqamətində işlər görülür, əksər ərazilərə elektrik enerjisinin verilişi bərpa edilib. Hazırda Şəki şəhərinin kiçik bir hissəsi və 4 kəndinə elektrik enerjisinin bərpası istiqamətində işlər görülür". pizza mizza

İcra Hakimiyyətindən bildiriblər ki, Şəki şəhərinin mərkəzinə və ətraf yaşayış məntəqələrinə yağan leysan nəticəsində yaranan sel suları bəzi yolların asfalt üzlüyünü yuyub: "Rayon ərazisində və bəzi kəndlərdə bir neçə evin həyətyanı sahəsinə və zirzəmilərə yağış suları dolub. Hazırda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları əraziyə cəlb edilib"./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!