Şəkidə xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olaraq qalır

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olaraq qalır

Kriminal

15 İyul 2019 08:05 1196


Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətindəki çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Nazirlikdən “Yeni Sabah"a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır.

Digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!