Şəkillərdə niyə çirkin düşdüyümüzün sirri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Şəkillərdə niyə çirkin düşdüyümüzün sirri məlum oldu

Maraqlı

21 İyun 2026 11:20 203


Sosial psixologiya sahəsində aparılan araşdırmalar şəkillərdə və ya gündəlik həyatda bəzən niyə cazibədar görünmədiyimizin bioloji səbəbini ortaya çıxarıb. 

“Yeni Sabah” xəbər verir ki, insan beyni saxta və məcburi təbəssümləri saniyənin yüzdə biri dərəcəsində anında ayırd edə bilir.

Mütəxəssislər gülüşləri iki yerə ayırır: Toyuqlu pizza

Fotoşəkil təbəssümü (süni): Vəsiqə şəkli çəkdirərkən və ya poz verərkən sırf nəzakət naminə təkcə dodaqların yuxarı çəkilməsi ilə yaranır. Gözlər bu prosesə daxil olmadığı üçün beyin bunu anında "səmimiyyətsiz və süni" kimi kodlaşdırır. Şəkillərdə pis düşməyimizin əsas səbəbi də budur.

"Duchenne" təbəssümü (həqiqi): Gözlərin içi ilə gülməkdir. Bu zaman təbii olaraq göz ətrafındakı əzələlər yığılır və kiçik qırışlar yaranır. İnsan təkamülü bu ifadəni "təhlükəsizlik və səmimiyyət" siqnalı kimi qəbul edir.

Araşdırmalar sübut edir ki, insanı ən cazibədar edən şey üz simmetriyası və ya baha qiymətli geyimlər deyil, məhz həqiqətən xoşbəxt olduğunu göstərən bu səmimi gülüşdür. Şəkillərdə daha yaxşı düşmək üçün sadəcə dodaqlarla deyil, gözlərlə gülümsəmək lazımdır.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!