Şəkidə yenə qonur ayı göründü - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə yenə qonur ayı göründü - Video

Rəsmi

10 İyun 2020 23:58 2643


Şəkinin kəndində peyda olan ayı yerli sakinlərin qorxuya düşməsinə səbəb olub.

Yenisabah.az xəbər verir ki, yırtıcı axşam saatlarında rayonun Baş Layısqı kəndində görünüb.

Kənd sakinlərindən biri, avtomobillə hərəkətdə olarkən təqribən 3-4 yaşlı qonur ayını müşahidə edib. Sürücü hərəkətdə olan avtomobilin qarşısı ilə kənd istiqamətində qaçan ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb. pizza hut

Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.

Sakinlər bildiriblər ki, son günlər bu ərazidə bir neçə ayı görünüb.

Qeyd edək ki, mayın 31-də saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!