Səlahət Ağayev “Qarabağ”a keçir? – Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Səlahət Ağayev “Qarabağ”a keçir? – Rəsmi açıqlama

İdman

03 May 2019 13:52 1665


Mediada Səlahət Ağayevin “Qarabağ”a keçidi ilə bağlı məlumatlar yayılıb.

“Yeni Sabah” məsələ ilə əlaqədar olaraq, “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb. O, hələ bu barədə dəqiq bir şey olmadığını və futbolçunun “Neftçi” ilə müqaviləsi olduğunu bildirib:

“Vallah, o barədə dəqiq bir söz deyə bilmərəm. Amma hazırki vəziyyətdə Səlahət “Neftçi”nin futbolçusudur və heyətindədir. Onu da qeyd edim ki, qapıçının mayın 31-inə qədər “Neftçi” ilə müqaviləsi var”. pizza hut

R.Allahverdiyev qolkiperin “Neftçi”-2-yə göndərilməsi ilə bağlı da danışıb:
“Bilmirəm, kim nə yazıb, nə yayıb. Səlahət əsas komandadır, heç yerə göndərilməyib. Özü də indi məşqdədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!