Şəmkir sakini “Hummer”ini belə yandırdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəmkir sakini “Hummer”ini belə yandırdı - Video

Kriminal

07 Avqust 2019 13:37 2162


Şəmkirdə yanğın hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın dünən axşam saat 19:40 radələrində avtomobil dayanacağında olub. 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub və yanğın saat 19:50-də söndürülüb. pizza mizza

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın "Hummer" markalı avtomobildə baş verib. Belə ki, rayon sakini Fuad Həsənov əvvəlcə avtomobilini, daha sonra özünü də yandıraraq intihara cəhd edib. Buna səbəb isə F. Hüseynovun küllü miqdarda borcu olduğu üçün avtomobilin borc qarşlığı olaraq həbsə qoyulması olub.

Müxtəlif yanıq xəsarətləri alan F. Hüseynov xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!