Şəmkirdə 2 narkokuryer tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə 2 narkokuryer tutuldu

Kriminal

05 Dekabr 2022 11:08 631


Şəmkirdə narkokuryerlər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, onlar İrandan qeyri-qanuni yolla Şəmkir ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş edib. Bu, rayon sakinləri Elşad İbrahimov və Nurəddin Hüseynovdur. Onlar rayon ərazisində gizlədilən narkotik vasitəni 12000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstanla sərhəd rayonlarına aparmağa razılaşıblar.

Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan qara bazarda təqribi qiyməti yarım milyon ABŞ dollarına yaxın olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb. pizza hut

İstintaq-əməliyyat tədbirləri nəticəsində E. İbrahimovun daha əvvəllər də iranlı vətəndaşla cinayət əlaqəsinə girərək kiçik həcmdə narkotik transferi etməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!