Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.
2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçmək istəyən zaman "Mercedes" markalı mikroavtobus onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. pizza sifarişi
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız