Şəmkirdə daş karxanasında ekskavator yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə daş karxanasında ekskavator yandı - Video

Hadisə

21 Oktyabr 2023 15:39 628


Şəmkir rayonunda yerləşən daş karxanasının ərazisində ekskavatorda yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunublar. pizza sifarişi

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “HİDROMEK 370” markalı ekskavatorun mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ekskavatorun mühərrik hissəsi qismən yanıb, əsas hissəsi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!