Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.
Yenisabah.az xəbər verir ki, faktla bağlı cinayət işi açılıb. pizza mizza
Xatırladaq ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KAMaz" markalı yük maşınının qoşqusuna çırpılıb.
Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib.
Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.
Qəzada ölənlər: 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977, Bakı sakini), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.
Xəsarət alanlar: 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, Kamran Məmmədov (1969), Nərmin Əliyeva (2004), Məcid Qəribov (1995) və Bəkinaz Gözəlovadır (1970).
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız