Şəmkirdə evdə baş verən yanğın belə söndürüldü - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə evdə baş verən yanğın belə söndürüldü - Video

Hadisə

01 Yanvar 2024 17:11 928


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar. pizza mizza

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus hər mərtəbəsi 360 kvadratmetr olmaqla ümumi sahəsi 720 kvadratmetr olan ikimərtəbəli onotaqlı evin birinci mərtəbəsində üç otağın yanar konstruksiyaları 210 kvadratmetr sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!