Şəmkir rayonu ərazisində “VAZ-2107” və “ZİL” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, iyunun 27-də saat 15 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində rayon sakini Elmar Tağıyevin idarə etdiyi “VAZ-2107” və Tovuz rayon sakini Zahid Həsənovun idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Tağıyev orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Marqarita pizza
Telegram kanalımız