Şəmkirdə qadın sürücü avtomobili aşırdı - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə qadın sürücü avtomobili aşırdı - TƏFƏRRÜAT

Hadisə

05 Oktyabr 2025 10:50 339


Şəmkirdə xəsarətlərlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Yenisabah.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində baş verib.

Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Nərgiz Rəhman qızı İsmayılova idarə etdiyi "Toyota Prius" markalı avtomobili aşırıb. Dördpendirli pizza

Qəza zamanı sürücü, o cümlədən sərnişinlər, Bərdə rayon sakinləri, 1995-ci il təvəllüdlü Bayramov Seymur Akif oğlu, 1964-cü il təvəllüdlü Mirzəyeva Cəmilə Tapdıq qızı, 2014-cü il təvəllüdlü Bayramzadə Mələk Seymur qızı, 2016-cı il təvəllüdlü Bayramzadə Aysel Seymur qızı və 2019-cu il təvəllüdlü Bayramzadə Yusif Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!