Şəmkirdəki dəhşətli qəzada ölən şəxs universitet tələbəsi olub

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdəki dəhşətli qəzada ölən şəxs universitet tələbəsi olub

Kriminal

17 İyul 2019 10:05 1111


Xəbər verdiyimiz kimi gecə saatlarında Şəmkir rayonunun Çaparlı kəndində  baş verən ağır avtomobil qəzasında 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alanlar 21 yaşlı Mərdənov Fərid Arzu oğlu və onun eyni yaşlı həmyerlisi Sadıqov Rəşad Zakir oğlu olub.

Hadisə zamanı ölən şəxs -  Çaparlı kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Vəfadar oğlu Hüseynov isə Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olub.

Onun meyiti bu gün yaşadığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!