Sən demə, bu yolla varlanıblar - Sərxan Kərəmoğlu sirri açdı

saytların hazırlanması

Evə çatdırılma

Sən demə, bu yolla varlanıblar - Sərxan Kərəmoğlu sirri açdı

Şou

23 İyul 2025 17:22 3096


Məşhur şoumen və aparıcı Sərxan Kərəmoğlu maraqlı açıqlamaları ilə yenidən gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə "Tarixin bir günü" verilişində danışıb və uzun illər öncə həmkarı Elgiz Əkbərlə arasında yaşanan bir hadisəni tamaşaçılarla bölüşüb.

Sərxan Kərəmoğlu bildirib ki, bir dəfə Elgiz onların evinə qonaq gələndə, müəyyən şəxslərin necə varlandığı barədə söhbət açılıb: Marqarita pizza

“Bir gün Elgiz bizə gəlmişdi. Mən də ondan bir tanış adamı soruşdum. Dedi ki, onlar ev, maşın alıblar. Harada işlədiklərini soruşanda Elgiz dedi ki, Ərəb ölkələrinin birində gedib dilənirlər. Mən də zarafatla dedim ki, yolunu öyrən, biz də gedək. Amma bir gün Elgiz gəldi və dedi ki, yerini öyrənmişəm. Bildirdi ki, orada dilənmək üçün səliqəli geyinməlisən, kağızda yazırsan ki, bilet almağa pulun yoxdur. İnsanlar da sənə baxıb 20, 50, hətta 100 dollar verirlər”.

Verilişin aparıcısı Tolik (Tarix Əliyev) isə məsələyə yumorla yanaşaraq belə cavab verib:

“Hara olduğunu demə, yoxsa ağlamağa öyrəşmiş bəzi müğənnilər də Məhərrəmlik vaxtı gedib dilənər”.

Qeyd edək ki, Sərxan Kərəmoğlu tez-tez efirdə səmimi açıqlamaları ilə tamaşaçıların marağına səbəb olur. Onun bu dəfəki zarafatyana etirafı sosial mediada da maraqla qarşılanıb.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!