Senator səfirliyimizə hücumdan danışdı, Paşinyanın arvadını günahlandırdı 

saytların hazırlanması

Evə çatdırılma

Senator səfirliyimizə hücumdan danışdı, Paşinyanın arvadını günahlandırdı 

Siyasət

31 Yanvar 2023 14:47 822


“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun arxasında İran və Ermənistan birləşmələri dayanır”. 

Bunu Modern.az-a eksklüziv açıqlamasında Fransa Senatının üzvü Natali Qule deyib. Onun sözlərinə görə, Azərbaycan səfirliyində törədilmiş terror aktında Ermənistanın da rolu istisna deyil: 

“Azərbaycana qarşı hücum çox güman ki, Ermənistan və İran İslam Respublikasının terrorçu rejimi arasında dostluğun nəticəsidir”.  Sezar pizza

Fransalı senator indiki məqamda Ermənistan baş nazirinin həyat yoldaşının İrəvana səfərinin təsadüfi olmadığını vurğulayıb. 

“Düşünürəm ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı (Anna Akopyan-red) İranın qərbinə hicablı gedib dəstək verməklə tarixə qarşı böyük səhv edib. Ona görə də baş nazirin xanımının İrana səfərindən danışmaq lazımdır. Onun ora niyə getdiyi maraq doğurmalıdır”, - deyə Natali Qule vurğulayıb. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!