Sənədsiz evlərdə yaşayanların  NƏZƏRİNƏ - Çıxarış almaq üçün...

Sənədsiz evlərdə yaşayanların NƏZƏRİNƏ - Çıxarış almaq üçün...

Sosial Veb saytların hazırlanması

18 Noyabr 2023 15:19 28722


Mənzilə çıxarış almaq asanlaşacaq.

Yenisabah.az xezerxeber.az-a istinadla xəbər verir ki, bu məqsədlə "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi yaradılacaq.

Əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzilə və ya torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər.

Ekspertin sözlərinə görə, sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqlənəndən sonra isətələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər.

Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Yenin sistemin yaradılmasında əsas məqsədlərdən biri isə, vətəndaş məmur ünsiyyətini minimuma endirməkdir.

Qeyd edək ki Nazirlər Kabinetinə altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlamaq tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hazratgulu Ahmadov
    Hörmətli Cənab Baş Nazir Əli Əsədov, salam ! Sizdən 70 yaşlı aqsaqqal, Moskva Akademiya təhsilli Magistr, Doktorant ölkəmizin ilk Meneceri Quba Menecer Tədris Təcrübə, Təbliqat Mərkəzinin 1990 ildən yaradıcısı, çoxstajlı YAZ üzvü fəalı kimi xahiş edirəm Nazirlər kabinetinin köhnə sahibkar binaları yerləşən kiçik torpaq sahələrinin sotu 40 manatla özəlləşdirilməsi barədəki son illər dondurulmuş qərarını bərpa edəsiniz ki 30 ilə yaxın TORPAQ, BİNA ƏMLAK VERGİLƏRİNİ ÖDƏDİYİMİZ cəmi 3 sot BİNAALTI SAHƏMİZİ İSTİFADƏ kategoriyadından BİNADA OLDUQU kimi XÜSUSİ MÜLKİYYƏTƏ keçirə, girov qoya, köhnə binamızı təmir, bərpa edə, fəaliyyəti genişləndirə, daha çox vergiləri sıqortaları ödəyə bilək. İş yerləri, ərzaq, xidmıtlər bolluqu yaradaq ki, kənd və rayonlarda işsizlik və kasıbçılıq olmasın.
    9 days ago
  • Babək
    Salam yaradılacaq Elektron sistemdə hansı sənədlər tələb olunacaq ki ? o sənədə əsasən çıxarış və kupça ala biləcəyik bu haqdada məlumat paylaşsaz yaxşı olar məncə
    10 days ago
  • Natiq
    Gözəl təklifdir , amma 6 ay bir az çox müddət deyil?
    10 days ago
  • Əziz
    Allah razı olsun.Bəlkə bəxtimiz oyana
    11 days ago
  • Zaur Süleymanov
    Yaxşı olar
    11 days ago