Sənubər Nəzərovanın vəzifəsi artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Sənubər Nəzərovanın vəzifəsi artırıldı

Sosial

06 Fevral 2025 10:26 1465


Veysəloğlu Şirkətlər Qrupunda mühüm kadr təyinatı baş tutub. 

“Yeni Sabah” xəbər verir ki, Sənubər Nəzərova Korporativ Kommunikasiyalar Departamentinin müdiri vəzifəsindən Korporativ Kommunikasiyalar Direktorluğuna təyin edilib.

Ölkənin qeyri-neft sektorunda uğurla fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu pərakəndə satış, logistika, mağazalar şəbəkəsi və distribusiya sahələrində 30 ildir ki, fəaliyyət göstərir. Şirkət, müştəri məmnuniyyətini əsas tutaraq, bazarda dayanıqlı inkişaf strategiyasını həyata keçirməkdə davam edir. pizza mizza

Bu təyinatın Veysəloğlu Şirkətlər Qrupunun kommunikasiyalar sahəsindəki strategiyasının daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!