İslam İnqilabı Keşikçiləri Korpusu və "Qüds" Qüvvələrinin İraq və Suriyada heç bir mərkəzi, bazası, kazarma və ya obyekti yoxdur. Amerikanın iddiaları yalandır.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İrandakı hərbi mənbə bildirib.
O, ABŞ-ın İraq və Suriyadakı obyektlərə hücumunu şərh edib bunu hər iki ölkənin suverenliyinin aşkar şəkildə pozulması və onların ərazilərinə təcavüz adlandırıb: Dördpendirli pizza
"Biz Amerikanın təcavüzünü pisləyirik və onun irəli sürdüyü iddiaları rədd edirik. Bu təcavüzlərin regiondakı Amerika qüvvələri üçün ciddi nəticələri var və bu aqressiv davranışlara cavablar artacaq.
Bu İran təhlükəsizlik mənbəsi qeyd edib: Bu təcavüz Amerika işğalının öz təhlükəsizlik maraqları və bu iki ölkədəki sionist rejimin mənafeyinə uyğun fəaliyyət göstərdiyini və Amerikanın əsl işğalçı qüvvə olduğunu göstərir, onlar regionu tərk etməlidirlər, çünki qeyri-sabitliyə və xaosa gətirib çıxarıblar".
Mənbə əlavə edib: "Bir daha vurğulayırıq ki, İslam İnqilabı Keşikçiləri Korpusu və "Qüds" Qüvvələrinin İraq və Suriyada heç bir mərkəzi, bazası, kazarmaları və obyeki yoxdur. Amerikanın iddiaları yalan və saxtadır".
Telegram kanalımız