Separatçı “deputat” Paşinyanın arvadına: “Siz ermənisiniz, türksünüz, yoxsa satqın?”

saytların hazırlanması

Evə çatdırılma

Separatçı “deputat” Paşinyanın arvadına: “Siz ermənisiniz, türksünüz, yoxsa satqın?”

Rəsmi

22 İyul 2023 09:35 2592


Qondarma rejimin “hakim” “Azad Vətən” “partiyası”nın “deputat”ı Nella Qriqoryanın qalmaqallı çıxışı dünən Ermənistan və tanınmamış rejimin siyasi dairələrində şok effekti yaradıb. 

Yenisabah.az “Past”a istinadla xəbər verir ki, “deputat” “parlament”in iclasında Baş nazir Nikol Paşinyanı və onun həyat yoldaşını sərt tənqid edib. 

O bildirib ki, bu çətin dövrdə Nikol Paşinyan və Ararat Mirzoyanın Qarabağın Azərbaycana aid olması barədə rəsmi Bakının bəyanatlarına biganə qalmağa haqqı yoxdur. Sezar pizza

Separatçı rejim təmsilçisi Paşinyanı sülh üçün yalvaran uşaq adlandırıb: 

“Vay Qarabağ, gör sənin taleyini kim həll edir?! Nikol Paşinyan “Artsax”ın türkləşdirilməsi layihəsinin icraçısıdır. Biz ondan “Artsax”ın “blokada”sının açılmasını tələb etməliyik. Paşinyan və arvadı Annanın isə “Artsax” vecinə deyil. Xanım Akopyan, qərarınızı verin, siz ermənisiniz, türksünüz, yoxsa satqın?!” 

Erməni nəşri yazır ki, “deputat”ın çıxışı partiya üzvlərini təəccübləndirib, onun belə çıxış edəcəyini heç kim gözləməyib.

Qəzetin məlumatına görə, bu çıxışdan sonra “hakim fraksiya”nın lideri Artur Arutyunyan qondarma rejimin “prezident aparatı”na çağırılıb və vəziyyətə nəzarət etmədiyi üçün töhmətləndirilib. 

KİV onu da bildirib ki, bu çıxış tanınmamış “DQR”in “siyasi kuluarları”nda “müxalifət” təmsilçiləri tərəfindən coşqu ilə qarşılanıb. 

Həmçinin, qeyd olunub ki, qondarma qurum “milli məclisi”nin “spikeri” Artur Tovmasyanın azərbaycanlılara ünvanladığı “biz min illərdir yan-yana yaşamışıq” bəyanatı da separatçıların xoşuna gəlməyib. Onların fikrincə, “parlament sədri” tez-tez belə düşünülməmiş bəyanatlar verir. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!