Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə əməkdaşlıq mərkəzinin rəhbəri, azərbaycanlılarla danışıqlar qrupunda da iştirak edən separatçı qurumun nümayəndəsi Sergey Martirosyan ötən gün tutduğu vəzifədən azad edilib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, onun işdən çıxarılmasına səbəb qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanla fikir ayrılığıdır.
Erməni nəşri iddia edir ki, Nersisyanın Martirosyandan şikayətləri var və onlar onu tanınmamış “DQR”in təhlükəsizlik şurası” katibinin müavini vəzifəsinə endirmək qərarına gəliblər. Marqarita pizza
Qəzet iddia edir ki, Martirosyanı “vəzifə”sindən uzaqlaşdırmaqla faktiki olaraq onu Rusiya sülhməramlıları ilə rəsmi əlaqədən və proseslərdə iştirak etmək imkanından məhrum ediblər.
Qeyd edək ki, Sergey Martirosyan Vitali Balasanyanın terrorçu qurumda “nazirlər şurası”nın katibi işlədiyi dövrdə eyniadlı şöbəyə rəhbərlik edib və azərbaycanlılarla görüşlərdə həmişə “Vito”nun (Vitali Balsanyan – red.) yanında olub. Balasanyan işdən çıxarıldıqdan sonra qondarma rejimdəki strukturun optimallaşdırılması nəticəsində bu idarə ayrılıb. Bundan əlavə, o, Rusiya sülhməramlılarının keçmiş rəhbəri, general Rüstəm Muradovla yaxın təmasdadır. Martirosyanın oğlu 44 günlük müharibədə itkin düşənlər arasındadır.
Telegram kanalımız