Separatçılar bir-birini qırır: Balasanyanı döyə-döyə tutdular

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar bir-birini qırır: Balasanyanı döyə-döyə tutdular

Rəsmi

14 İyul 2023 10:01 2981


Qarabağdakı qondarma rejim daxilində “güclərin” toqquşması davam edir.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, uzun müddətdir Vardanyan-Arutyunyan-Balasanyan üçlüyü arasında davam edən mübarizə sonuncunun saxlanılması səviyyəsinə çatıb.

Belə ki, tanınmamış “DQR”in “vəkillər palatası”nın üzvü olan Rafael Martirosyanın açıqlamasına görə, Vitali Balasanyan saxlanılan zaman işgəncələrə də məruz qalıb, bədənində xəsarət izləri var. Marqarita pizza

Xatırladaq ki, V. Balasanyan bundan öncə qondarma rejimin “təhlükəsizlik şurası”nın “katib”i vəzifəsində çalışıb. O, Ruben Vardanyanın bölgəyə gəlməsindən öncə Xankəndi-Bakı təmasları üzrə danışıqlarda iştirak edib.

V.Balasanyanın həbsinə gəldikdə isə bu, əsasən, müxalifyönlü erməni mediasında səs-küylə qarşılanıb. Görünən odur ki, sülh danışıqları öncəsi prosesi hər vəchlə baltalamağa çalışan Moskva separatçı rejimin əli ilə Qarabağda vəziyyəti gərginləşdirmək və mülki erməni əhalini terrorizə etmək məqsədilə növbəti addımlarını atmaqdadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!