Avqustun 28-də saat 03:05-də Xankəndinin mərkəzində yerləşən “prezident administrasiyası”na edilən hücumun təfərrüatları məlum olub.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə qondarma rejimin “daxili işlər nazirliyi” məlumat yayıb.
Separatçı rejimə məxsus qurum bildirib ki, hadisə yerinə gedən Xankəndi polis şöbəsinin əməliyyat qrupu həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş vəziyyətdə olan 2 vətəndaşı saxlayıb. Cinayəti törətməkdə şübhəli bilinən Xankəndi şəhər sakinləri, 1983-cü il təvəllüdlü T.H. və 1981-ci il təvəllüdlü A.A. saxlanılıb. Toyuqlu pizza
“Polis” əməkdaşları tərəfindən müəyyən edilib ki, gecə saat 03:00 radələrində A.A. spirtli içki qəbul edərək “prezident”in iqamətgahına gəlib. O, binaya və ərazidə xidmət aparan təhlükəsizlik əməkdaşlarına atəş açıb. Xəsarət alan yoxdur. Faktla bağlı “istintaq komitəsi”ndə cinayət işi başlanıb”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Xankəndidəki sonuncu insidenti Qarabağ separatçıları arasındakı klan müharibəsinin başlanğıcı kimi qəbul edənlər də çoxluq təşkil edir. Belə ki, Araik Arutyunyan ilə Ruben Vardanyan arasında yaranan ziddiyyətlər artıq tərəflərin silaha əl atmasına gətirib çıxarıb.
Analitiklər hesab edir ki, baş verən hadisə sonuncu deyil və artıq qapana qısılmış separatçıların bir-birinin “ətini yeməsi” qaçılmazdır.
Telegram kanalımız