Separatçılar şərt irəli sürdü - Müharibə qaçılmazdır

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar şərt irəli sürdü - Müharibə qaçılmazdır

Rəsmi

25 Avqust 2023 09:55 7283


Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürüb. 

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, separatçıların qondarma “dövlət naziri”nin qondarma “müşaviri” Artak Beqlaryan şərtlərinin nə olduğunu açıqlayıb. 

“Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil”, - separatçı deyib. Separatçı bildirib ki, Ağdam yolundan istifadəni güzəşt hesab etmirlər. pizza hut

Beləliklə, separatçılar Bakıya qarşı meydan oxuyurlar. Azərbaycan öz suveren ərazisində istədiyini etmək haqqına sahibdir, Ağdam marşrutunun təklif edilməsi də Qarabağdakı mülki ermənilərin problemlərinin həlli məqsədi daşıyır.

Mülki erməniləri girov saxlayan separatçıların bu mövqeyi, xüsusilə şərtlər irəli sürməsi isə Azərbaycana müharibə elan etmək kimi də qəbul edilə bilər və bu vəziyyətdə onlara qarşı praktiki addımların atılması qaçılmaz olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!