Separatçılar üçün “İks günü“ -   “Əməlli-başlı “mandraja düşmə” var“

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar üçün “İks günü“ - “Əməlli-başlı “mandraja düşmə” var“

Siyasət

02 May 2022 15:59 1747


“Separatçılar indi nəyi qapa bilirlərsə, onu qapıb qaçmağa başlayıblar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

O, separatçıların “ərazi və idarəetmə naziri” Ayk Xanumyanın 10 milyon dolları mənimsəyərək Fransaya qaçması faktını şərh edib. pizza hut

Xatırladaq ki, bu iddianı Ermənistanın müxalif “Hraparak” nəşri irəli sürüb.

Öz növbəsində, N. Şəfiyev vurğulayıb:

“Bu məsələyə bir az başqa tərəfdən yanaşardım. Prezident Əliyev bu yaxınlarda çıxış edərkən maraqlı bir fakt açıqladı: “Qarabağda yaşayan erməni əhalisindən bizə müsbət mesajlar göndərilir”. Yəni Qarabağ ərazisində yaşayan ermənilərin bir qismi, hətta deyərdim ki, çoxu artıq özündə iradəni tapıb Azərbaycana müraciət edir, deyir ki, birgə yaşamağa hazırıq, digər qismi isə bunu deməyə hələ ki ürək etmir. 

Əlbəttə, aralarında separatçılıq meyli ilə yaşayanlar da kifayət qədərdir. Bu tendensiya da artıq erməni separatçılarını müəyyən qədər qorxuya salıb. Yəni əhali ayağa qalxarsa və azərbaycanlılarla bir yerdə yaşamaq istəyərsə, separatçıların axırı çatmış olacaq”.

Siyasi şərhçinin sözlərinə görə, Qarabağ ermənilərinin Azərbaycan hakimiyyəti altında yaşama istəyi çoxdandan var:

“Xatırlayırsınızsa, hələ işğal dövründə bəzi ermənilər deyirdi ki, azərbaycanlılarla birlikdə yaşayanda daha zəngin idik, daha yaxşı yaşayırdıq və s. Sadəcə o vaxtlar bunu ara-sıra, qorxa-qorxa deyirdilər, çünki onları hədələyənlər var idi. Hazırda isə bu tendensiya güclənir və artıq separatçı “rəhbərlər” arasında da, belə demək mümkündürsə, müəyyən qorxu, hətta jarqonla desək, əməlli-başlı “mandraja düşmə” var. 

Onlar qorxurlar ki, Azərbaycan həmin ərazilər üzərində öz suverenliyini tam bərpa edəndən sonra artıq özlərinə sığınacaq axtarmalı olacaqlar və bunu edirlər də. Çünki hiss edirlər, Ermənistanın özündən belə onlara verilən dəstək öncəki kimi deyil. Buna görə də, nəyi qapa bilirlərsə, onu qapıb qaçmağa çalışırlar”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!