“Qarabağın müqəddaratının təyinatında artıq Ermənistanın mövqeyi həlledici deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
O, separatçıların rəhbəri Araik Arutyunyanın Nikol Paşinyana Moskva görüşlərində "Qarabağ parlamenti"nin qəbul etdiyi "bəyanat"dan kənara çıxmama tövsiyəsi verməsinə toxunub. pizza hut
Z Əlizadənin sözlərinə görə, Qarabağın müqəddaratı Azərbaycanla Rusiya arasında bundan sonrakı sövdələşmələrdən asılı olacaq:
“Artıq Qarabağ ermənilərdən heç nə asılı deyil. Nə Araik Arutyunyandan, nə Vitali Balasanyandan, nə də o birilərindən. Onların nə hərbi, nə maliyyə, nə də siyasi gücü var. Onlar indi Rusiyanın rəhmindən asılıdır.
Rusiya isə öz maraqları naminə çalışacaq ki, münaqişə həll edilməmiş qalsın, rus qoşunları Qarabağda daimi yerləşsin. Amma Azərbaycan bunun əleyhinə çıxacaq və çalışacaq ki, tədricən istəyimizə nail olaq və Qarabağın qalan 25%-inə nəzarəti qaytaraq.
Ermənistana gəlincə, onlardan sadəcə bir şey asılıdır, o da Türkiyə və Azərbaycanla münasibətlərin tənzimlənməsi. Bu, Ermənistanla yanaşı, xalqın da mənafeyinə uyğundur və addımbaaddım həyata keçirilir.
İndi separatçılar oturub Allaha yalvarmalıdırlar. Onların işi mollalıqdır, Allahlıqdır. Çünki heç nəyə qadir deyillər.
Qarabağ erməniləri tarixdə öz rollarını oynadılar, həm də bunu alçaqcasına etdilər. Özlərinə, bizə böyük ziyan vurdular, dağıntılar, taladılar, on minlərlə insan öldürdülər. İndi cəzalanırlar, ortada qalıblar, heç kəsə də lazım deyillər. Bundan sonra ruslar istəsə, onlardan istifadə edəcəklər, istəməsələr, atacaqlar bayıra. Vəssalam!”
Rafi MÜSLÜMOV
Telegram kanalımız