Separatçıların yeni lideri 7 gün ərzində seçiləcək

saytların hazırlanması

Evə çatdırılma

Separatçıların yeni lideri 7 gün ərzində seçiləcək

Rəsmi

01 Sentyabr 2023 10:03 657


Əgər Araik Arutyunyan istefa ərizəsini bu gün “parlament”ə təqdim edərsə, o, 3 gün ərzində qüvvəyə minəcək. Sonra 7 günlük müddət ərzində “milli məclis”in “fraksiyalar”ı namizədlər irəli sürəcək, “parlament” isə yeni prezidenti seçəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

Qəzet yazır ki, əgər ikidən çox namizədin lehinə səs verilibsə və onların yarıdan çoxu heç birinə səs verməyibsə, 14 gündən sonra ən çox səs toplamış iki namizədin iştirak edə biləcəyi ikinci tur keçiriləcək:  Pepperoni pizza

“İkinci turda daha çox səs toplayan namizəd seçilir. “Parlament” hesab edir ki, iş ikinci mərhələyə keçməyəcək və yeni “prezident” seçilməzdən əvvəl “milli məclis”in “sədr”i Davit İşxanyan Araikin səlahiyyətlərini yerinə yetirəcək. Dünəndən etibarən isə Samvel Şahramanyan ən çox ehtimal olunan namizəd hesab olunur”. 

Nəşr xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan isə qondarma rejimin sabiq “xarici işlər naziri” Masis Mayilyanı tanınmamış “DQR”in yeni “rəhbər”i kimi görür.

Qeyd edək ki, separatçı rejimin “hakimiyyət” dairələrində baş verən silsilə “istefa”lar nəticəsində “prezident” Araik Arutyunyanın postu ilə yanaşı, “dövlət naziri” və onun “müşavir”i “vəzifələr”i də hazırda boşdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!