Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Spiker

saytların hazırlanması

Evə çatdırılma

Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Spiker

Siyasət

16 May 2023 12:36 556


“Heydər Əliyev güclü dövlət yaradıb. İndi bu dövlət öz xalqının firəvanlığı üçün əlindən gələni edir”. 

Yenisabah.az xəbər verir ki, bunu Serbiya Milli Assambleyanın Sədri Vladimir Orliç Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. 

“O, müasir parlamentin əsasını qoyub. Bugünkü tədbirdə bu qədər parlament nümayənlərinin iştirakı Azərbaycan parlamentinin uğurudur. Heydər Əliyev Azərbaycan ictimai-siyasi həyatına, hüquq sisteminə bir çox yeniliklər gətirib. Bu gün Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır və beynəlxalq platformalarda qarşılıqlı dəstək göstərir. Bu gün Azərbaycan və Serbiya arasında əlaqələr yüksək səviyyədə davam edir. Bunun əsası Heydər Əliyevlə bağlıdır. Heydər Əliyevin yaratdığı əlaqələri hazırda Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Biz strateji partnyorlarımızın inkişafına sevinirik”,- deyə o bildirib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!