Qadın voleybolçular arasında Avropa çempionatı başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, ilk dəfə dörd ölkədə və ilk dəfə 24 komandanın qatıldığı yarışın son günündə həlledici qarşılaşmalar baş tutub.
Türkiyə, Macarıstan, Slovakiya və Polşanın ev sahibliyi etdiyi çempionatı bürünc və qızıl medal uğrunda qarşılaşmalarla yekunlaşıb. Final oyunu Türkiyə ilə Serbiya arasında olub. pizza
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyinə tay-brekdə aydınlıq gəlib. 3:2 (21:25, 25:21, 25:21, 22:25, 15:13) hesabı ilə qalib gələn Serbiya iki il öncə Azərbaycanda qazandığı titulunu qoruyub və ikisi ardıcıl olmaqla 3-cü dəfə çempionluğu bayram edib.
Qeyd edək ki, final mərhələsinin daimi iştirakçılarından birinə çevrilən yığmamız qrup mərhələsini adladıqdan sonra 1/8 finalda məğlub olub.
Telegram kanalımız