“Sərhəd problemi yoluna qoyulduqdan sonra, Qarabağın statusu məsələsi gündəmə gələcək” - Metyu Brayza

saytların hazırlanması

Evə çatdırılma

“Sərhəd problemi yoluna qoyulduqdan sonra, Qarabağın statusu məsələsi gündəmə gələcək” - Metyu Brayza

Siyasət

01 Dekabr 2021 21:38 3617


“Sərhədlər müəyyənləşəndən sonra o ərazilərdə hərbi toqquşmalara son veriləcək, sabitlik yaranacaq. Düşünürəm ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Komissiya yaradılandan sonra bu iş irəliləyəcək. Bu həm də, sülh prosesini tezləşdirəcək”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri “Azadlıq Radiosu”na açıqlamasında üçtərəfli Soçi görüşünü şərh edərkən ABŞ-ın keçmiş səfiri Metyu Brayza səsləndirib. O əvvəl proseslərin gedişindən ümidsiz olduğunu deyib: “Amma indi daha pozitivəm. Hesab edirəm ki, maneələr aradan qalxacaq”.

Bakıda ABŞ-ın səfiri olmuş Brayza hesab edir ki, sərhəd problemi yoluna qoyulduqdan sonra, Qarabağın statusu məsələsi gündəmə gələcək: Azərbaycan və Ermənistan arasında gərginlik bir də həmin proseslər zamanı arta bilər” – deyə Brayza vurğulayıb. Sezar pizza

Keçmiş səfir tərəflərin Brüssel görüşündə Avropa Birliyinin önə çıxacağına ümid etdiyini deyib: “Sərhədlərin müəyyənləşdirilməsində Avropa Birliyinin öz təkliflərini səsləndirəcəyinə inanıram. Necə ki, Türkiyə Ağdamda öz hərbçilərini yerləşdirməklə, Rusiya sülhməramlıları qarşısında balans yardıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nezer
    Jefengiyyat danishirsan, Metyu! Status Kaliforniyada ve Marselde olarsa, daha degig olar, gatiglama!
    4 years ago