Sərhəd Xidməti imtahan keçirir

saytların hazırlanması

Evə çatdırılma

Sərhəd Xidməti imtahan keçirir

Sosial

06 Aprel 2019 16:29 1475


Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə 2019-2020-ci tədris ili üçün şagirdlərin qəbulu ilə bağlı imtahan keçirilir.

"Yeni Sabah" xəbər verir ki, Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən imtahanda 48 yerə 1227 uşaq imtahan verir. 

İmtahanın gedişini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və şagirdlərin valideynləri də izləyirlər. İmtahan Azərbaycan dili və riyaziyyat fənləri üzrə test üsulu ilə aparılır. Sezar pizza

Qeyd edək ki, məktəbə qəbulla əlaqədar sənədlərin qəbulu bu il fevralın 15-dək həyata keçirilib.

Xatırladaq ki,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2014-cü il 22 may tarixli 170 nömrəli fərmanı ilə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilmiş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin məzunları 2015-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin Akademiyasında hərbi təhsil alırlar. 

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsinə əsasən, məktəbə 4-cü sinifi bitirmiş, 12 yaşı tamam olmamış oğlanlar qəbul olunurlar.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 11 illik, bundan sonra zabitlərin ixtisas artırması üçün 2 illik akademik kurslardan ibarət təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb.

2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olmaq üçün 48 kursant yerinə 1227 nəfər namizəd müraciət edib, 1-ci yerə konkurs 26 nəfər olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!