Sərhədçilər Füzulidə 8 kq-dan artıq narkotik tapdılar

saytların hazırlanması

Evə çatdırılma

Sərhədçilər Füzulidə 8 kq-dan artıq narkotik tapdılar

Hadisə

19 Aprel 2022 13:43 568


Füzulidə sərhədçilər 8 kq-dan artıq narkotik aşkarlayıb. 

Bu barədə “Yeni Sabah”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 18-də saat 12:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin rayonun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb. Pepperoni pizza

Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə (6 kiloqram 500 qram marixuana, 1 kiloqram heroin) bənzər maddələrvəpsixotrop tərkibli 780 ədəd metadon-40 dərman prepa­ratı aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!