Sərhəddə əməliyyat - Saxlanılanlar var 

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə əməliyyat - Saxlanılanlar var 

Kriminal

24 Dekabr 2022 11:58 787


Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 (beş) nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, onlar DSX və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saxlanılıblar. Marqarita pizza

Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!