"Ötən həftə sonu Tex-Kornidzor bölməsində Ermənistan və Azərbaycan nümayəndələrinin görüşündən sonra vəziyyət xeyli yaxşılaşıb".
Yenisabah.az “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
O xatırladıb ki, Qarabağı Ermənistanla birləşdirən alternativ yol Kornidzor yaxınlığında yeni yol hazır olana qədər fəaliyyət göstərib. “Aprelin 1-dən alternativ yol fəaliyyətini dayandırdı, yeni yol istifadəyə verildi və alternativ yol Rusiya sülhməramlılarının nəzarəti altında olduğundan nə sərhədin bu hissəsində, nə də Ermənistan tərəfində heç bir mövqe yox idi. Sonra qarşı tərəfdə mövqelər yaratmaq zərurəti yaranıb”. pizza sifarişi
R. Rubinyanın sözlərinə görə, hər iki tərəfdəki məntəqələrdən birində sərhədçilərin yerləşdirilməsinə dair razılıq olub, lakin uyğunsuzluqlar yaranıb. Nəticədə Azərbaycan nümayəndələri 5 yerdə 300-500 metr daha uzağa yerləşdirilib:
“Sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Azərbaycanın müvafiq strukturunun nümayəndələri bu məkanda görüşdülər, nəticədə vəziyyət mövqe baxımından və ya yerləşdirilmə baxımından xeyli yaxşılaşıb. İşlər davam etdiriləcək”.
Telegram kanalımız