Sərhəddəki ermənilərə vaxt verildi: İyunun 24-dək tərk edin

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddəki ermənilərə vaxt verildi: İyunun 24-dək tərk edin

Siyasət

18 May 2024 23:52 1073


Ermənistanın Azərbaycanla həmsərhəd Kirants kəndində iki evin sakinlərinə iyunun 24-dək evlərini tərk etmək əmri verilib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik" agentliyi kənd sakinlərindən biri Artak Kazaryana istinadən məlumat yayıb.

"Sərhəddə yerləşən Kirants kəndində iki evin sakinlərinə evlərini boşaltmaq üçün iyunun 24-dək vaxt verilib: kəndin bu hissəsi Ermənistan-Azərbaycan sərhədinin o tayında qalır", - agentlik Kazaryandan sitat gətirib. pizza hut

Qeyd edək ki, mayın 15-də Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyalarının iclası keçirilib, bundan sonra protokol imzalanıb. Delimitasiyadan sonra Kirants kəndində iki evin, bir mağaza və bir qarajın Azərbaycan ərazisinə düşdüyü məlum olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!