Sərhədimizdəki ermənilərə kağız paylandı, pul təklif edildi

saytların hazırlanması

Evə çatdırılma

Sərhədimizdəki ermənilərə kağız paylandı, pul təklif edildi

Siyasət

22 May 2024 19:23 3984


“Tavuşun Kirant kəndinin sakinlərinin demarkasiya prosesinə mane olmamalı üçün onlara yüksək məbləğdə pul təklif edilib”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.

Deputat evləri demarkasiya zamanı Azərbaycan tərəfinə düşən sakinlərə istədikləri qədər pul vəd edildiyini bildirib: Marqarita pizza

“Sakinlərə kağız paylayıb deyiblər ki, hansı rəqəmi istəyirlər, yazsınlar. Lazım olan qədər pul ödəniləcək. Hətta bəzilərini dövlət qurumlarında işə dəvət ediblər. Prosesin nə olur olsun davam edəcəyini, sakinlərdən kompensasiyanı qəbul edib, sakit şəkildə yaşamağı tələb ediblər”.

Qeyd edək ki, Ermənistan hökuməti sərhəddə demarkasiya zamanı evi Azərbaycan tərəfə düşən sakinlərə yeni evlərin tikintisinə başlandığını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!