Sərhədlər bu ərazilərdən çəkilir:   Əsgərlərimiz geri çəkilməyəcək - Rusiya nəşri

saytların hazırlanması

Evə çatdırılma

Sərhədlər bu ərazilərdən çəkilir: Əsgərlərimiz geri çəkilməyəcək - Rusiya nəşri

Siyasət

28 Noyabr 2021 16:53 25160


Rusiyanın “Kommersant” qəzeti dünən Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı maraqlı məlumat yayıb.

Yenisabah.az qəzetə istinadən xəbər verir ki, həmin görüşdə Azərbaycan və Ermənistan sərhədlərinin delmitasiya və demarkasiya prosesinə başlamaqla bağlı razılıq əldə olunub.

Həmin razılaşmanın detallarından bəhs edən “Kommersant” yazır ki, sərhədlər hazırda Azərbaycan Ordusu harada dayanıbsa, oradan müəyyən ediləcək. Qəzet iddia edir ki, Ermənistan tərəfi buna etiraz etsə də, Rusiya prezidenti Vladimir Putin onların başqa seçimlərinin olmadığını çatdırıb. Bu o deməkdir ki, Azərbaycan əsgəri hal hazırda hansı mövqedə dayanıbsa, orada da qalacaq və bir addım geri çəkilməyəcək. Dominos pizza

Bundan başqa, sərhədlərin müəyyən edilməsində Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahındakı xəritədən istifadə olunacaq. “Kommersant”ın əldə etdiyi məlumatdan belə başa düşülür ki, həmin xəritəyə əsasən Ermənistan daha bir neçə istiqamətdə ərazi güzəşti etmək məcburiyyətində qalacaq. Lakin həmin ərazilərin sərhəddin hansı hissəsini əhatə edəcəyi barədə məlumat əldə etmək mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • M.Vuqar.M-oglu.
    Allah eləsin,amma nəsə heç gozum su içmədi bu məsələdən! Allah axırını xeyrə calasin!
    4 years ago