"Saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində qısamüddətli problem yaranıb. 3 stansiya istisna olunmaqla ("Xalqlar dostluğu-Həzi Aslanov" sahəsi), bütün xətlərdə hərəkət bərpa olunub".
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə qatarlar "Neftçilər" stansiyasına qədər hərəkət edir:
"Qeyd edilən sahədə dizel-generatorlar qoşulmaqla, qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub".
Sabrina Eldarqızı Telegram kanalımız