Seroloji testlər bu yaş qruplarındakı şəxslərdən götürüləcək   - TƏBİB-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Seroloji testlər bu yaş qruplarındakı şəxslərdən götürüləcək - TƏBİB-dən AÇIQLAMA

Sağlamlıq

19 Avqust 2020 01:49 996


Ölkəmizdə seroloji testlərin keçirilməsi üçün ilk mərhələyə start verilib.

Yenisabah.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, artıq Çağrı mərkəzindən təsadüfi seçilən şəxslərə zənglər olunur. TƏBİB-in mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova deyir ki, vətəndaş razı olduğu halda könüllülük prinsipi əsas götürülərək qeydiyyata alınır.

Qumral Ələkbərovanın sözlərinə görə seroloji test zərərsiz biokimyəvi analizdir. Vətəndaşın razılığı olduğu halda onun evinə tibbi briqada göndərilir. Testdən keçməyə razılıq verən şəxs istədiyi təqdirdə əlavə olaraq ondan qanın ümumi analizi də götürülə bilər. Marqarita pizza

Analizin cavabı 2-3 gün ərzində məlum olur. Ödənişiz tətbiq ediləcək seroloji testlər insanların koronavirus keçirib-keçirmədiyini və onun immun sisteminin formalaşma səviyyəsini yoxlamaq üçündür. İlkin mərhələdə testlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılacaq. Hədəf qrupu 18-65 yaş müəyyənləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!