Bir neçə gün əvvəl ölkəmizdə koronavirusla mübarizə çərçivəsində seroloji testlərin keçirilməsi üçün ilk mərhələyə start verilib. Artıq Çağrı mərkəzindən təsadüfi seçilən şəxslərə zənglər olunur. Bildirək ki, bu testlər əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır.
Maraqlıdır, seroloji testlərin mahiyyəti nədən ibarətdir?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən həkim Vasif Əliyevin sözlərinə görə, testi aparmaqda məqsəd əhalimizin daha əvvəl bu virusla qarşılaşıb-qarşılaşmadığını öyrənməkdir: pizza hut
“Testlər tam ödənişsizdir, Bakı, Sumqayıt, Gəncə şəhərlərində 18-25 yaş aralığında olan insanlar arasında keçiriləcək. Çox insan bu virusla qarşılaşdığı zaman onu yüngül, asimptomatik formada keçirir, yəni bu xəstəliyə yoluxduqlarında heç xəbərləri olmur. Lakin xəstəlik keçirib sağaldıqdan sonra hər bir şəxsin qanında virusa qarşı antitellər yaranır. Bunlar isə təkrar yoluxmadan insanı qoruyur. Bu baxımdan ölkə əhalisinin kollektiv immun sisteminin hansı vəziyyətdə olduğunu, yaranıb-yaranmadığını öyrənmək istəyirik. Həmçinin şəxs öz immuniteti haqqında məlumata sahib olur”.
Mütəxəssis testlərin tam güvənli olduğunu vurğulayıb:
“Sadəcə 3-5 milliqram qan nümunəsi verilir. Daha əvvəl qan analizi necə olurdusa, bu da o şəkildə gedir. İnsanlar daha əvvəl də bu seroloji testlərdən infeksiyalara qarşı istifadə edirdilər, burda isə artıq COVID-19-a qarşı istifadə olunacaq. Bunun isə dediyim kimi, vətəndaşlar üçün heç bir təhlükəsi yoxdur, həmçinin ödənişsizdir”.
Telegram kanalımız