Bakıda oğul atasını döyərək öldürüb.
Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini İbrahim İbrahimov xəsarətlə xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb. Sezar pizza
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polisin apardığı araşdırmalarla məlum olub ki, İ.İbrahimovu oğlu döyüb. Əvvəllər məhkum olunmuş Azər İbrahimov sərxoş vəziyyətdə olub. İ.İbrahimov aldığı xəsarətlərdən yanvarın 12-də xəstəxanada ölüb.
Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Telegram kanalımız