“Səsimi batırmaq, məni ört-basdır etmək istəyirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Səsimi batırmaq, məni ört-basdır etmək istəyirlər”

Şou

24 May 2025 00:02 817


"Bir çox insan var ki, hələ də səsimi batırmaq istəyir. Məni ört-basdır etmək, haqqıma girmək istəyirlər. Amma bu qeyri-mümkündür".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "7 Tamam" verilişində deyib. 

"Mən o vaxt "Bayatı-Şiraz"ı bir dəfəyə oxumuşdum. O zaman deton götürmək kimi şeylər yox idi, nə oxumuşdunsa, o idi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzu edirəm. Ali Baş Komandananımıza Allah can sağılığı versin. Bir şeyi demək istəyirəm ki, onun iştirak etdiyi tədbirlərə mən də gedim. Desinlər ki, "Bayatı-Şiraz"ı oxuyan mənəm. Nə olar ki? Mən buna görə yanıram. Dominos pizza

Bilirsiniz ki, sovet dövründə inciləri axtarırdılar, üzə çıxarırdılar. İndi isə inciləri basdırırlar. Niyə görə? Mən varam axı, yaşayıram, ölməmişəm. Hələ Tacir Şahmalıoğlu yaşayır. Niyə məni ört-basdır, vur-çıx etmək istəyirsiniz?" deyə, Tacir Şahmalıoğlu bildirib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!