Səttar Bəhlulzadə Suraxanıda anıldı - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Səttar Bəhlulzadə Suraxanıda anıldı - FOTOLAR 

Mədəniyyət

15 Dekabr 2022 18:23 2015


Dekabrın 15-də Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin anadan olmasının 113-cü ildönümü Suraxanı rayonunda qeyd edilib. 

İlk öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,  YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, Ağsaqqallar Şurası, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr  və bələdiyyə sədrləri, rayon ictimayyətinin nümayəndələri  Səttar Bəhlulzadənin Əmircan qəsəbəsində məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Sonra Əmircan qəsəbəsindəki parkda ölməz rəssamın əziz xatirəsinə  RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyevin təşəbbüsü ilə quraşdırılmış malbertin təqdimatı keçirilib.  Qeyd edək ki, bu malbert gənc rəssamların təbiət qoynunda sənət əsərlərinin ərsəyə gətirməsi üçün stimul olacaq.  Sezar pizza

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək dünya boyakarlığında Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu, ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzmiş rəssamın təbiət mənzərələrini ölməz əsərlərində əks etdirdiyini diqqətə çatdırıb. O, bildirib ki, xalq tərəfindən hər zaman xatırlanan dahi rəssamın fırçasının məhsulu olan əsərləri bir çox ölkələrdə sərgilənib.

Tədbir Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadənin ev muzeyində təşkil olunmuş fotosərgi ilə davam etdirilib. Sərgidə rəssamın fotoları nümayiş olunub, onun həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, boyakarlıq əsərlərində olduğu kimi rəssam çoxsaylı qrafikalarında da əsas etibarilə Azərbaycan torpağını, yurdumuzun təbiətini, bu təbiətin yetirdiyi nemətləri dönə-dönə tərənnüm edib. S.Bəhlulzadə mənzərə və natürmortlarla yanaşı, qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda Leyli və Məcnunun müxtəlif obrazlarını yaradıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!