Səudiyyə Ərəbistanı bunu da etdi -   Yeni sistem

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanı bunu da etdi - Yeni sistem

Dünya

06 Fevral 2026 23:34 1646


Səudiyyə Ərəbistanı heyvandarlıq sahəsində qeyri-adi addım atıb. Ölkədə dəvələrin qeydiyyatı üçün yeni və rəqəmsal nəzarət mexanizmi işə salınıb. Bu mexanizm çərçivəsində hər bir dəvəyə dövlət səviyyəsində rəsmi sənəd təqdim olunur.

"Yeni Sabah" xəbər verir ki, tətbiq olunan sistem vasitəsilə heyvanların sağlamlıq göstəriciləri, tibbi müayinələri və peyvənd məlumatları vahid bazada toplanacaq. Eyni zamanda dəvənin kimə məxsus olduğu, hansı təsərrüfatda saxlanıldığı və bioloji xüsusiyyətləri də sənəddə əksini tapacaq.

Rəsmi qurumların açıqlamasına görə, bu yenilik yoluxucu xəstəliklərin yayılma riskini minimuma endirməyə, baytarlıq nəzarətini isə daha çevik və effektiv etməyə hesablanıb. Layihə həmçinin damazlıq işlərinin sistemli şəkildə aparılmasına şərait yaradacaq. Dominos pizza

Mütəxəssislər bildirir ki, xüsusilə dəvə sayının çox olduğu ərazilərdə bu cür qeydiyyat mexanizmi risklərin vaxtında müəyyən olunması və təsərrüfatların məhsuldarlığının artırılması baxımından ciddi əhəmiyyət daşıyır.

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!