Səudiyyə Ərəbistanından qadınlarla bağlı daha bir yenilik

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanından qadınlarla bağlı daha bir yenilik

Dünya

13 İyul 2019 10:25 1503


Qadınlara qoyulan məhdudiyyətlərlə tanınan Səudiyyə Ərəbistanı bu imicini dəyişmək üçün daha bir addım atıb.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə qadınlara səyahət hüququ verməyi planlaşdırır.

Bu ilin sonunda qəbul ediləcək qərara əsasən, qadınlar kişilərin icazəsi olmadan səyahət edə biləcəklər. Hazırda qüvvədə olan qanuna görə isə qadınlar və 21 yaşdan kiçik oğlanlar yaxın qohumlarının icazəsi olmadan ölkəni tərk edə bilməzlər.

Kişilər üçün qoyulan qadağa tamamilə ləğv ediləcək. İcazəsiz səyahət hüququndan yalnız 18 yaşını tamamlamış qadınlar istifadə edə biləcəklər.

Xatırladaq ki, S.Ərəbistanı ötən il qadınlara avtomobil idarə etmək hüququ verib.

Elnarə İlham

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!