Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Qarabağ”ın qonağı olacaq “Sevilya” artıq Bakıdadır.
“Yeni Sabah” xəbər verir ki, klubun rəsmi “İnstagram” hesabında bu barədə video paylaşılıb və üzərinə “axşamın xeyir, Bakı!” yazılıb. İspaniya təmsilçisinin 24 futbolçusu ilə yanaşı, rəhbər şəxsləri də paytaxtımıza gəlib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı 19 sentyabr 20:55-də start götürəcək. pizza sifarişi
Telegram kanalımız