Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sevilya" Bakıya tam heyətlə gəlməyəcək.
“Yeni Sabah” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Mənbədə hücum xətdində iştirak edəcək 5 futbolçunun hamsının paytaxtımıza gətirilməyəcəyi qeyd edilib. Baş məşqçi Xuan Lopeteqinin Nolito, Munir El-Haddadi, Çiçarito, Luk de Yonq və Munas Dabbura qarşıdakı görüşlərdə növbə ilə şans verəcəyi bildirilir.
Qeyd edək ki, “Qarabağ” – “Sevilya” qarşılaşması sentyabr 19-da saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək. pizza hut
Telegram kanalımız