“Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” - Xayme

saytların hazırlanması

Evə çatdırılma

“Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” - Xayme

İdman

19 Sentyabr 2019 11:29 955


“Qarabağ” fantastik şəraiti olan, futbolçuya hər şeylə təmin edən klubdur. Altı ildir, avrokuboklarda iştirak etməsi təsadüfi deyil. Çünki klub rəhbərindən son işçisinə qədər hamı çox yaxşı çalışır. Burdakı şərait, şərtlər La Liqanın yaxşı bir klubu səviyyəsindədir. Yalnız bizim üçün otel, istirahət edə biləcəyimiz otaq və mükəmməl sahə var. Baş məşqçi Qurban Qurbanov isə çox çalışan, futbolun hər yönünü bilən mütəxəssisdir. Uzun müddətdir, klubun “sükanı arxası”ndadır. O, burda hər şeyi dəyişib, çempionluqlar qazanıb, komandasını Avropaya çıxarıb”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Marca” nəşrinə açıqlamasında “Qarabağ”ın futbolçusu Xayme Romero deyib. O, Ağdam klubuna gəlişi ilə bağlı bunları söyləyib:

“Qarabağ”ın baş məşqçisi bir neçə il əvvəl mənim transferimi istəyirdi, amma həmin vaxt mümkün olmadı.  Bu il yenidən mənə yaxşı müqavilə təklif etdilər.  3 illik müqavilə, Avropada oynamaq mənə yaxşı stimul oldu. Özümü burada yaxşı hiss edirəm. Hamı ilə münasibətim yaxşıdır. Burda hər cür şərait var”. Pepperoni pizza

Bu gün “Sevilya” ilə qarşılaşacaq komandanın üzvü matçla bağlı fikirlərini də bölüşüb:

“Bu mövsüm “Sevilya”nın oyunlarını çox izləyə bilməmişəm. Amma La Liqanın lideri olduqlarını, futbolçularının səviyyəsini bilirəm. Əla komandadır, Avropa Liqasını qazanmağa əsas namizədlərdən olduqlarını bilirəm.

Amma biz də yaxşı komandayıq. Üstəlik, evdə oynadığımız üçün həmişə olduğu kimi, yenə qələbə qazanmağa çalışacağıq. “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq. Qələbə barədə düşünmürsənsə, nə üçün oynayırsan? Biz hücumameyilli komandayıq. Həm topa sahib olmağa, həm də yaxşı müdafiə olunmağa çalışacağıq. Həmişə olduğu kimi, təhlükəli epizodlar yaratmaq və kollektiv oyun sərgiləmək üçün mübarizə aparacağıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!