Lənkəranda əməliyyat olunan kişi öldü -   Prokurorluq araşdırma aparır

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda əməliyyat olunan kişi öldü - Prokurorluq araşdırma aparır

Hadisə

04 Noyabr 2025 16:35 221


Lənkəran rayonunda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb.

“Yeni Sabah” xəbər verir ki, Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayev oktyabrın 29-da yırtıq diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına qəbul olunub və əməliyyat edilib.

Ailə üzvlərinin sözlərinə görə, əməliyyatdan sonra S.Rzayev özünü pis hiss edib. Onun bağırsağının deşildiyi və bu səbəbdən orqanizmdə zəhərlənmə baş verdiyi bildirilib. Pasiyent təkrar əməliyyat edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sezar pizza

Baş Prokurorluğunun Mətbuat xidmətindən “Yeni Sabah” bildirilib ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu ilə cərrahi əməliyyat olunan 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!