“Şəxsiyyətin ləyaqətini alçaldan, insanları köləyə çevirməyə yönələn…”   - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Şəxsiyyətin ləyaqətini alçaldan, insanları köləyə çevirməyə yönələn…” - Ekspert

Sosial

30 İyul 2020 11:20 1033


Bu gün dünyada İnsan Alverinə Qarşı Mübarizə Günüdür. Hazırda bəşəriyyəti narahat edən qlobal problemlər içərisində insan alverinə qarşı mübarizə xüsusi yer tutur. 

Bu, müasir dünyanın qarşılaşdığı milli və ya transmilli səviyyədə, əksər hallarda isə mütəşəkkil cinayətkarlıqla əlaqəlidir. İnsan alverinə qarşı mübarizə üçün beynəlxalq səviyyədə xeyli anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konvensiya imzalanıb. Bütün sənədlərdə vurğulanır ki, bu cinayətə qarşı mübarizə aparmaq üçün dövlətlərin qarşılıqlı yardımlaşması labüddür. Bu problemlə mübarizə istiqamətində ölkəmiz də bir sıra beynəlxalq konvensiyalara qoşulub və milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. 

Maraqlıdır, görülən tədbirlər sayəsində bu istiqamətdə lazımİ nəticələr əldə olunub?  pizza sifarişi

“Ailə Dünyası”Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova Yenisabah.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin bu sahədə gördüyü işlər artıq özünün müsbət nəticələrini verib. Belə ki, bu gün hüquq-mühafizə orqanları, xüsusilə də DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi şəxsiyyətin ləyaqətini alçaldan, insanları köləyə çevirməyə yönələn cinayətlərin qarşısını qətiyyətlə alırlar, cinayət hərəkətlərinə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası istiqamətində hal-hazırda çox mühüm işlər həyata keçirilməkdədir:

“Başlıcası, bu vacib məsələlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. İnsan alveri ilə mübarizə sahəsində fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə dövlət başçısı tərəfindən təsdiq edilmiş Milli Fəaliyyət Planlarının uğurla həyata keçirilməsi insan alveri ilə bağlı cinayətlərin aradan qaldırılmasında xüsusi rol oynayır. Buna görə də Beynəlxalq Təşkilatların ölkəmizdə olan təmsilçiləri Azərbacan dövlətinin insan alverinə qarşı mübarizə sahəsində apardığı tədbirləri, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafını hər zaman yüksək qiymətləndirir və bu mübarizə mexanizmlərin bir çox ölkələr üçün nümunə ola biləcəyini bəyan edirlər. Bu sahədə həyata keçirilən tədbirlərdə QHT-lərin rolu xüsusilə qeyd olunmalıdır. QHT-lərin təşəbbüsü ilə insan alverindən zərərçəkmiş şəxslərin sosial reabilitasiyasında əsaslı dəyişikliklər özünü göstərib. Bu istiqamətdə aparılan tədbirlər içərisində hüquqi yardım, maarifləndirmə, psixoloji, tibbi və peşə reabilitasiyası, sığınacaqla təminat, təhsillə bağlı problemlərin həlli, müvafiq qurumlar arasında maarifləndirmə tədbirlərinin aparılması prioritet vəzifələr sırasındadır”. 

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!